Mətbuat xəbərləriEyyub Yaqubov albom üzərində işləyir. Müğənni əvvəlcə Nadir Əzimovun bəstələrini təqdim edəcək Bizim əsr, 28/11/2003 Populyar müğənni Eyyub Yaqubov bu yaxınlarda yeni mahnısını pərəstişkarlarının ixtiyarına verib. Qısa müddət ərzində hitə çevrilən "Həsrətinin yollarındayam" adlı mahnının musiqisini Rəvan Habiloğlu, sözlərini isə Kənan yazıb. Xatırladaq ki, müğənninin ötən il ifa etdiyi "Kim bilir?" kompozisiyası da Rəvanla Kənanın birgə yaradıcılığının məhsuludur. Xatırlayırsınızsa, bu mahnı uzun müddət reytinq cədvəllərində liderlik etdi. Yaxın zamanlarda ayrı-ayrı bəstəkarların mahnılarından ibarət albom təqdim etmək niyyətində olan sənətçi indi yeni mahnılar yazdırmaqla məşğuldur. Bundan başqa, o, bəstəkar Nadir Əzimovun mahnılarından ibarət albomu da yaxın gələcəkdə musiqisevərlərə təqdim edəcək. Əsasən lirik mahnılardan ibarət olan alboma bir neçə ritmik kompozisiya da daxil ediləcək. Eyyub Yaqubov yeni albomunu dinləyicilərin ixtiyarına verəcək 525ci Qəzet, 01.11.2003 Bu günlərdə tamaşaçıların ixtiyarına verdiyi "Həsrətinin yollarındayam" adlı klipi ilə yenidən gündəmə gələn tanınmış müğənni Eyyub Yaqubov bu dəfə də lirik mahnı ilə pərəstişkarlarının rəğbətini qazana bildi. Sənətçi ilə söhbətimizdən belə məlum oldu ki, E.Yaqubov onu sevənləri bu yaxınlarda daha bir neçə yaradıcılıq layihəsilə sevindirəcək. Belə ki, müğənni uzun sürən fasilədən sonra "Alışdım artıq" adlı yeni albomunu dinləyicilərin ixtiyarına verəcək. Albomda sənətçinin son vaxtlar hitə çevrilən "Unutdun məni", "Əlvida, Cəmilə", "Kim bilir" və başqa mahnıları ilə yanaşı, yeni lentə aldırdığı bəstələr də yer alacaq. E.Yaqubov bu albomdakı eyni adlı mahnıya klip də çəkdirmək fikrindədir: "Çox lirik və gözəl bir mahnıdır. Tezliklə tamaşaçılar bu mahnını radio dalğalarında eşitmək imkanı qazanacaqlar. Həmin mahnıya çəkilən klip də, məncə, çox maraqlı alınacaq. Süjet xətti mənə bəlli olduğu üçün bu sözləri inamla deyirəm". E.Yaqubov ilk dəfə öz klipinin çəkilişini Fuad Əlişova etibar edəcək. Müğənni sonuncu klipini yenicə tamaşaçıların ixtiyarına verdiyi üçün "Alışdım artıq"ı çəkdirməyə tələsmir. Amma E.Yaqubov yeni albomunu və klipini eyni vaxtda pərəstişkarlarına təqdim etmək fikrindədir: "Son vaxtlar keçirilən təmtəraqlı təqdimat mərasimlərindən o qədər xoşum gəlməsə də, bu iki mühüm hadisəni qeyd etmək üçün dostlarımı ətrafıma toplamaq istəyirəm. Amma hələ dəqiq bilmək olmaz. Bu fikrimdən daşına da bilərəm". Eyyub Yaqubov Moskvadadır Olaylar, 25.09.2003 Ötən gün müğənnini arayıb onu Azərbaycandan uzaqda olduğu xəbərini aldıq. Belə ki, "Yamanca yorulmuşam" deyərək Eyyub Yaqubov Moskva şəhərinə yola düşüb. Orada Azərbaycan diasporunun təşkil etdiyi konsert proqramında çıxış edən müğənni vaxt tapıb bir neçə şəxsi işlərini də həll edir. Bu haqda E.Yaqubovun prodüsseri Həsən bizə məlumat verdi. Həftə sonuna Bakıya dönən müğənni qısa müddətə yeni albomunu dinləyicilərin ixtiyarına verməyi planlaşdırır. E.Yaqubovun bu albomu "Alışdım artıq" adlanacaq. Xatırladaq ki, müğənni budəfəki alboma ancaq və ancaq bəstəkar Nadir Əzimovun mahnılarını daxil edəcək. Müğənninin prodüsserinin sözlərinə görə, bu albomda yeni mahnılarla yanaşı E.Yaqubovun "Yağış", "Əlvida, Cəmilə" adlı artıq sevilən nəğmələri də yer alacaq. Həmçinin səfərdən dönəndən sonra müğənni Rəvan Habiloğlunun "Həsrətinin yollarındayam" adlı mahnısının da ekran versiyasını təqdim edəcək. Qeyd edək ki, bu klipin rejissoru Tanrıverdi Tanrıverdiyevdir. İlin sonunadək Respublika Sarayında solo konsert verəcək müğənni Türkiyədə də layihə gerçəkləşdirəcək. Bu layihə onun orada çıxardacağı albomla bağlıdır. Eyyub Yaqubov təqdimat mərasiminə hazırlaşır Bizim əsr, 10.09.2003 Müğənni Eyyub Yaqubov yaxın günlərdə pərəstişkarlarını yeni albomu ilə sevindirmək niyyətindədir. Albomun tam hazır olması üçün iki mahnı çatmır. Bu mahnıların lentə alınması isə iki həftəyə mümkün olacaq. "Alışdım artıq" adlanan kasetdə bir çox tanınmış bəstəkarların mahnıları yer alıb. Eyyub Yaqubov əvvəlki işlərindən fərqli olaraq, bu dəfə kasetinin təqdimat mərasimini keçirməyi planlaşdırır. Sentyabrın 15-dən sonra isə müğənni "Həsrətinin yollarındayam" adlı yeni mahnıya çəkilən klipini təqdim etməyə hazırlaşır. Xatırladaq ki, mahnının sözləri Kənana, musiqisi isə Rəvan Habiloğluna məxsusdur. Yaxın vaxtlara solo konsert layihəsi nəzərdə tutmayan müğənni hər halda ilin sonunadək pərəstişkarlarını "Respublika" sarayına toplamaq fikrindədir. Sənətçinin sözlərinə görə, konsertdə tamaşaçıları sürprizlər də gözləyir. Eyyub Yaqubov "Kim bilir?"in davamını çəkdirib. İstilərin düşməsinə baxmayaraq, müğənni Eyyub Yaqubov yaradıcılıq işlərini davam etdirir. Bizim əsr, 05.08.2003 Bir neçə gün əvvəl o, "Amburan" istirahət mərkəzində pərəstişkarlarını konsert proqramı ilə sevindirib. Sənətçi bu konsertində yeni mahnılarla yanaşı, onu populyarlaşdıran köhnə mahnılarını da ifa edib. Bundan başqa, müğənni son zamanların sevilən bəstələrindən olan "Kim bilir?" mahnısına çəkdirdiyi klipin davamını da ekranlaşdırmaq niyyətindədir. Çəkilişləri tamamlanmış "Həsrətinin yollarındayam" klipi bu məqsədlə ekranlaşdırılıb. Mahnının sözlərini Kənan, musiqisini isə Rəvan Habiloğlu yazıb. Bu klipdə də "Kim bilir?"in qəhrəmanı aktyor Rafiq Hüseynov çəkilib. Klipin rejissoru isə bu vaxta qədər özünü operator kimi sınayan Tanrıverdi Tarverdiyevdir. Qeyd edək ki, bu, onun ilk rejissorluq işidir. Klipin süjeti hələlik gizli saxlanılır. Müğənninin sözlərinə görə, hər şeyi indidən açıb danışsalar, klip təqdimat mərasiminə qədər maraqsızlaşar. Klipin ilk nümayişinin hansı kanalda təşkil ediləcəyi hələlik dəqiqləşdirilməyib. Eyyub Yaqubov hazırda həm də yeni albomunun üzərində işləyir. Lakin onun bu albomu əvvəlkilərdən fərqlənəcək. Alboma daxil edilən bütün mahnıların musiqisi bəstəkar Nadir Əzimova məxsusdur. Albom "Alışdım artıq" adlanacaq. Müğənninin sözlərinə görə, alboma daxil edilən mahnıların bir neçəsi hazırdır. Albom növbəti ayların birində müğənninin pərəstişkarlarının ixtiyarına veriləcək. EYYUB YAQUBOV İNTERNET SEHİFESİNDE DEYİŞİKLİK EDİR. O, “Amburan”da solo-konsert verecek Yeni Musavat, 24.07.2003 Bir müddet evvel “Odin raz jivem” adlı disk ve “Damlalar” adlı mahnısını lente aldıran tanınmış müğenni Eyyub Yaqubov bu günlerde daha bir yaradıcı işini başa çatdırıb. O, musiqisi Revan Habiloğluna aid “Hesretin yollarındayam” mahnısının klipini erseye getirib. Bu haqda qezetimize müğenni özü melumat verib. Onun sözlerine göre, hazırda Tanrıverdi Tanrıverdiyevin rejissorluğu ile lente alınan klipin montaj işleri gedir. İki hefteden sonra ise klip “Space” telekanalı ile nümayiş olunacaq. Bununla yanaşı, E.Yaqubov avqustun 1-de “Amburan” istirahet merkezinde baş solo-konsert üzerinde de çalışır. Senetçinin sözlerine göre, hemin konsertde bir neçe yeni mahnı seslenecek. E.Yaqubov eyni zamanda oktyabr ayında daha geniş ve maraqlı repertuarla Respublika sarayında çıxış etmeyi de planlaşdırıb. Müğenninin dediyine göre, onun bele geniş auditoriya qarşısında ilk solo-çıxışı hem repertuar, hem de sehne tertibatı baxımından orijinal olacaq. Qeyd edek ki, senetçinin repertuarı ile birge İnternet saytında da deyişiklik olacaq, saytın ilk sehifesi yeniden hazırlanacaq. Bu işi Eyyub, "DreamArt" firmasının emekdaşı Perviz Tahirova hevale edib. Eyyub Yaqubov yeni disk üzərində işləyir Turan, 10.07.2003 Hazırda "Alışdım artıq"ın son mahnısı yazılır. Diskin gələn ay musiqi sevərlərin ixtiyarına verilməsi planlaşdırılır. EYYUB YAQUBOV “HESRETİN YOLLARINDA”dır. Solo-konsert ise oktyabra qalıb Yeni Musavat, 17.05.2003. Başı yeni mahnılar lente almağa qarışan müğenni Eyyub Yaqubov yaxın günlerde daha bir albomunu teqdim edecek. Bu haqda qezetimize müğenni özü bilgi verib. Onun sözlerine göre, “Odin raz jivem” adlanan disk üzerindeki işleri artıq başa çatıb. Esasen rus dilinde oxuduğu mahnıların cemleşdiyi albom dinleyicilerin isteyi ile hazırlanıb: “Bu albomdakı mahnıların ekseriyyeti Behbud Kerimov ve Şemsi Tağızadeye aiddir. Onda hem rus, hem de Azerbaycan dilinde olan mahnılar toplanıb. Diger populyar mahnılarımdan ferqli olaraq, bu mahnılar ciddi janrda deyil”. Müğenninin sözlerine göre, albomla yanaşı, bestesi Rövşen Şerefliye aid olan “Damlalar” mahnısını da lente aldırıb. Bu günlerde ise Namiqin rejissorluğu ile mahnının klipi erseye getirilecek. Eyni zamanda Revan Habiloğlunun bestelediyi “Hesretin yollarındayam” mahnısı da dinleyicilere teqdim olunacaq. Qeyd edek ki, Eyyub solo-konsert de vermek fikrindedir. Bir qeder evvel Gencede konsert proqramı ile çıxış eden senetçi daha geniş ve maraqlı repertuarla Respublika sarayında çıxış etmeyi nezerde tutub. Onun sözlerine göre, sözügeden yaradıcı iş çoxdan nezerde tutulsa da, problemler üzünden engellenir. Konsertin oktyabr ayında keçirilmesi planlaşdırılır. Eyyub Yaqubov yenidən "blatnoy" mahnılara qayıdır" 525ci Qəzet, 23.04.2003 Tanınmış müğənni Eyyub Yaqubov hazırda yeni albom üzərində işləyir. Son vaxtlar ifa etdiyi lirik mahnılarla tamaşaçıların rəğbətini qazanan müğənni yenidən "blatnoy" mahnılar oxuyacaq. E.Yaqubov bizimlə söhbətində bu yaxınlarda "blatnoy" mahnılardan ibarət "Bir dəfə yaşayırıq" adlı albom buraxdıracağını açıqladı. 14 mahnıdan ibarət olacaq albomda Behbud Kərimovun və Şəmsi Tağızadənin yazdığı mahnılar yer alacaq. Müğənni alboma salınan mahnılardan birinə klip də çəkdirəcəyini söylədi: "Dinləyicilər məni əsasən belə mahnılarla tanıyıblar. Uzun müddət idi ki, "blatnoy" mahnılar oxumurdum. Bu müddət ərzində də sənətə təzə gəldiyim vaxtlarda mənim üçün belə mahnılar yazan bəstəkarlar yenilərini hazırlayıblar. Dinlədikdən sonra onları oxumaq qərarına gəldim. Qarşıdan yay gəlir, belə mahnıların əsil vaxtıdır". Bununla bərabər, E.Yaqubov lirik mahnılar da ifa edəcək. Müğənni hazırda Rəvan Habiloğlu ilə birgə çalışdığını dilə gətirərək, onun "Həsrətin yollarındayam" adlı mahnısını lentə aldırdığını bildirdi: "Bu mahnının da Rəvanın digər mahnıları kimi populyarlaşacağına inanıram. Çox gözəl, lirik bir mahnıdır. Mayda bu mahnıya klip çəkdirməyi nəzərdə tutmuşuq". Müğənni payızda "Respublika" sarayında solo konsert proqramı ilə çıxış etmək niyyətində olduğunu da söylədi. Bu konsertə indidən ciddi hazırlaşdığını deyən E.Yaqubov yeni mahnılar yazdırmaq üçün bir sıra bəstəkarlarla sıx əməkdaşlıq etdiyini bildirdi. |